Infoteka.az
Dünya

Arnold Şvartseneger Almaniyada polislər tərədindən saxlanılıb

Amerikalı aktyor, bodibilder və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartseneger Almaniyada polislər tərədindən saxlanılıb.

"infoteka.az" xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. Bildirilib ki, hadisə Münhen hava limanında baş verib. Belə ki, gömrük işçilərini bu addımı atmağa Şvartsenegerin qolundakı saatın olduqca bahalı olması vadar edib.

Aktyor iddia edib ki, Almaniyaya Dünya İqlim sammitində iştirak etmək üçün yola çıxıb və İsveçrə istehsalı olan 20 min avro dəyərində “Audemars Piguet” brendinə məxsus saatını hərracda satmağı planlaşdırırdı.

Infoteka.az