Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən Sumqayıt Dövlət Texniki Kollecinin korpusunda baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
Nazirlikdən verilən xəbərə görə, yanğın nəticəsində hər mərtəbəsi 512m² olmaqla ümumi sahəsi 1024m² olan ikimərtəbəli binanın 2-ci mərtəbəsində 6 otağın yanar konstruksiyaları 200m² sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb.
Binanın böyük hissəsi, bitişik olan korpusu və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində 8 nəfər sakinin təxliyəsi həyata keçirilib.
Hadisə