20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər xiyabanını ziyarəti başlayıb.
İnsanlar şəhidlərin xatirəsinə ehtiramını bildirmək üçün şəhidlər məzarları önünə gül dəstələri düzür, onların ruhuna dualar oxuyurlar.
Qeyd edək ki, Hüzn Günü ilə əlaqədar saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.