Infoteka.az
İdman

Messi və Suares 4 ildən sonra yenidən birlikdə oynadı

ABŞ-ın "İnter Mayami" klubu yoldaşlıq görüşü keçirib. 

Komanda Salvador millisi ilə qarşılaşıb. 

Qarşılaşma başladığı kimi də sona çatıb – 0:0. Mayamililərin heyətində Lionel Messi və Luis Suares 4 ildən sonra yenidən eyni komandada mübarizə aparıblar. 

Qeyd edək ki, Luis Suares "Qremio"dan "İnter Mayami"yə yeni transfer olunub.

Infoteka.az