Infoteka.az
Hərbi

XİN: “Mina xəritələri ilə bağlı dəqiq məlumat almaq üçün Ermənistana təzyiq edilməlidir”

“Ermənistan tərəfindən ayrı-seçkilik olmadan yerləşdirilmiş minalar günahsız dinc əhali üçün təhlükə yaratmaqda davam edir”.

Bu barədə Azərbaycan Xarici İşləri Nazirliyi (XİN) “X” sosial şəbəkəsində paylaşım edib.

Paylaşımda qeyd edilib ki, daha bir mülki şəxs minaya düşüb, 2020-ci ildən bəri ölənlərin sayı 342 nəfərə çatıb:

“Hər kəs mina xəritələri ilə bağlı dəqiq məlumat almaq üçün Ermənistana təzyiq etməlidir”.

Infoteka.az