Uşaqlıqdan hamımızın əzbərlədiyi, xəstəliklərdən ən vacib qorunma metodu soyuqdan qaçmaq olub. Qar yağanda, qartopu oynayanda da üşüməmək üçün maksimum qalın geyinmişik. Çünki əksəriyyətimiz soyuqda sətəlcəm olmaqdan ehtiyat etmişik.
Son vaxtlar soyuq suda çimməyin, özünü qarla basdırmağın, qışda dənizdə üzməyin faydalı olduğunu deyənlərin sayı artır. Sosial şəbəkələrdə tez-tez məşhur simaların buz dolu çəlləyə girməyi, buzlu suda çimməyi, bəh-bəhlə qışda dənizdə üzməyini müşahidə edirik. TV aparıcısı İlqar Mikayıloğlu da qarda çimənlərdəndir. O, “Bakıda qar yağdısa, mütləq həmin qarda çimmək lazımdır”, deyir.
Bəs mütəxəssislər nə deyir? Əzbərlərimizi dəyişməliyikmi? Həqiqətən soyuq suda çimmək faydalıdırmı?