Azərbaycanın dağ göllərindən biri olan Maralgöl donub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova “Facebook” səhifəsində paylaşım edib.
Hazırda gölün üzərində təxminən 5 santimetr qalınlığında buz qatı yaranıb.