"Subaru Azərbaycan" MMC nizamnamə kapitalını 3 dəfə və ya 2,5 milyon manat azaldıb.
Avtomobil şirkəti ötən ilin oktyabr ayında nizamnamə kapitalını 3 milyon 700,02 min manatdan 1 milyon 204 min manata endirib. Başqa sözlə, şirkətin nizamnamə kapitalından 2 milyon 460,02 min manat vəsait geri çəkilib.
Xatırladaq ki, “Subaru Azərbaycan” Yaponiya avtomobil markası olan “Subaru”nun Azərbaycanda rəsmi və yeganə distribyutor şirkətidir. Şirkətin qanuni təmsilçisi Elçin Əsədovdur.