Rusiyanın yanvarın 23-də Ukraynaya hücumu nəticəsində 5 nəfər həlak olub, ən azı 40 nəfər yaralanıb.
Bu barədə Ukrayna daxili işlər naziri İqor Klimenko Telegramda bildirib.
Paytaxt Kiyevə raket zərbələri nəticəsində üç rayonda bir neçə yanğın hadisəsi baş verib. Bir nəfər ölüb, mülki şəxslər xəsarət alıb. Mülki infrastruktura ziyan dəyib.
Eyni zamanda, Kiyev vilayətində 3 nəfər xəsarət alıb.
Dnepropetrovsk vilayətində də bir nəfər həyatını itirib, bir nəfər yaralanıb.
İlkin məlumata görə, Xarkovda 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb.