"Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasında irəliləyiş var".
İnfoteka.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın deyib.
O xatırladıb ki, yay aylarında Türkiyə və Ermənistan liderləri arasında telefon danışığı olub.
İ.Kalın bildirib ki, Türkiyə Cənubi Qafqazda sabitlik istəyir: “Daha sonra isə liderlər Praqada görüşdülər. Münasibətlərin normallaşması istiqamətində irəliləyiş var. Ermənistan Baş naziri Nikol Paşinyan ölkə daxilindəki müxalif qüvvələrlə mübarizə apara bilər. Azərbaycan Prezidenti İlham Əliyevin səmimiyyəti və səyləri isə ortadadır”.