İsmayıllı-Lahıc yolunda nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Bildirilib ki, sözügedən yol qardan təmizlənib, yolun buz bağlamış hissələrinə qum-duz qarışımı səpilib.
Qeyd edilib ki, bu istiqamətdə işlər davam etdirilir.