Infoteka.az
Hadisə

Kreml Rusiya hərbi təyyarəsinin qəzaya uğramasına şərh verməyib

Kreml Rusiyanın İl-76 hərbi nəqliyyat təyyarəsinin Belqorod vilayətində qəzaya uğraması ilə bağlı məlumatları şərh etməkdən imtina edib.

Kremlin mətbuat katibi Dmitri Peskov bu məlumatın yeni olduğunu, insidenti araşdıracaqlarını söyləyib.

Qeyd edək ki, bu gün Belqorod vilayətinin Koraçansk rayonunda Rusiya Silahlı Qüvvələrinə məxsus İl-76 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, qəzaya uğrayan hərbi təyyarədə dəyişdirilmək üçün Belqoroda aparılan 65 ukraynalı əsir və daha 9 nəfər olub. Onların hamısının həlak olduğu bildirilib.

Infoteka.az