Infoteka.az
Dünya

Moldovanın xarici işlər naziri vəzifəsinə təyinat

Moldovanın yeni xarici işlər naziri vəzifəsinə parlament sədrinin müavini Mixay Popşoy təyin edilib.

Bu barədə Moldovanın Baş naziri Dorin Reçan bildirib.

Mixay Popşoy əvvəllər parlamentin Avrointeqrasiya və xarici siyasət Komissiyasının üzvü olub.

Xatırladaq ki, xarici işlər və avrointeqrasiya naziri Niku Popesku yanvarın 24-də istefa verib.

Infoteka.az