Infoteka.az
Mədəniyyət

Mina boşanmaq üçün ilk addımı atdı

Müğənni Mina Hüseyn rəsmi boşanma üçün məhkəməyə müraciət edib. 

İnfoteka.az xəbər verir ki, bu haqda sənətçi özü məlumat yayıb. O bildirib ki, boşanma prosesi ötən gün başladılıb:

"Artıq sona yaxınlaşıram, Allahın izni ilə". 

Mina daha sonra həyat yoldaşı ilə olan şəkillərini instaqram hesabından silib. 

Qeyd edək ki, Mina martda Sərxan adlı bəylə ailə qurub. Sənətçi bir neçə gün əvvəl ayrılıq xəbərləri ilə gündəmə gəlib. O bildirib ki, boşanmasına səbəb həyat yoldaşının ona yalanlar danışması, özünü imkanlı şəxs kimi təqdim etməsi olub. 

Mina boşanmaq üçün ilk addımı atdı
Infoteka.az