İsrail ordusu son 24 saat ərzində Qəzza zolağında 18 əsgərinin yaralandığını açıqlayıb.
İsrail ordusunun açıqlamasına görə, 7 oktyabr 2023-cü ildən bu yana 1250-si Qəzzada baş verən qarşıdurmalarda olmaqla 2710 İsrail əsgəri yaralanıb.
Qəzza zolağında yaralanan İsrail əsgərlərinin sayı son 24 saatda 18 nəfər artıb.
İsrail ordusu 40-ı ağır olmaqla yaralanan 406 əsgərin müalicə olunduğunu bildirib.