Infoteka.az
Sosial

Rəqəmsal məkanda vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı qanun layihəsi hazırlanacaq

Rəqəmsal məkanda vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı qanun layihəsi hazırlanacaq.

Milli Məclisin İnsan hüquqları komitəsinin 2024-cü il yaz sessiyası üçün İş Planına daxil edilib.

Sessiya müddətində rəqəmsal məkanda vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı “Yeni nəsil rəqəmsal hüquqlar” mövzusunda dinləmələr keçiriləcək, bu sahədə qanun layihəsinin işlənib hazırlanacaq.

Eyni zamanda “Süni İntellekt əsri, kibercinayətkarlığın genişlənən məkanı və insan hüquqlarının müdafiəsində yeni çağırışlar, cavablar” mövzusunda konfransın keçirilməsi planlaşdırılıb.

Infoteka.az