İngiltərə kubokunun 1/16 final mərhələsinin “Tottenhem” – “Mançester Siti” matçı başa çatıb.
Komandalar Londonda “Tottenhem Hotspur” stadionunda qarşılaşıblar.
Matç “Mançester Siti”nin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.
Qələbə qolunu 88-ci dəqiqədə künc zərbəsindən sonra fərqlənən qonaqların müdafiəçisi Natan Ake vurub.