Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinovun 12 il, və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirovun hər birinin 11 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib.
İnfoteka.az xəbər verir ki, bu barədə qərar Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Bundan başqa, dövlət ittihamçısı MTN-in digər keçmiş əməkdaşı Elman Tahirovun isə barəsində olan cinayət işinin müddətinin keçməsi ilə bağlı cinayət işinə xitam verilməsini tələb edib.
Prokuror bildirib ki, təqsirləndirilən şəxslərin həbs qoyulmuş əmlakları müsadirə olunmalıdır.