Infoteka.az
Dünya

NATO ölkələri İspaniyada hərbi təlim keçirir

  İsveçrə Hərbi Hava Qüvvələrinin pilotları yanvarın 26-dan fevralın 9-dək NATO ölkələrinin - Yunanıstan, İspaniya, İtaliya, Fransa və Çexiyanın hərbi pilotları ilə birlikdə İspaniyanın Albasete şəhərində təlim keçirir.

  İsveçrə hökumətinin məlumatına görə, Bern təlimdə NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramının bir hissəsi və Madrid ilə ikitərəfli razılaşma əsasında iştirak edir.

  Açıqlamada deyilir ki, Taktiki Liderlik Proqramı (TLP 241) təliminin məqsədi beynəlxalq əməkdaşlıq yolu ilə İsveçrə Ordusunun müdafiə qabiliyyətini gücləndirməkdir.

  İspaniyaya təxminən 36 İsveçrə hərbçisi gedib. Təlimlərə, ümumilikdə, 300-dən çox hərbi qulluqçu, 30-a yaxın döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemi cəlb olunub.

Infoteka.az