Infoteka.az
Dünya

Blinken: "ABŞ Ukraynaya silah tədarükünün dayandırılmasının nəticələrini görməyə başlayıb"

ABŞ administrasiyası Ukraynadakı döyüş meydanında Kiyevə silah tədarükünün dayandırılmasının nəticələrini görməyə başlayıb.

Bu sözləri ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

"İndi Ukraynaya verdiyimiz hərbi yardım bitib. Hətta döyüş meydanında bunun nə demək olduğuna dair bəzi real sübutlar görürük", - deyə o qeyd edib.

Dövlət katibinin sözlərinə görə, Ukraynaya yardımla bağlı Vaşinqtonda vəziyyətin gələcək inkişafı ABŞ-nin dünya miqyasında nüfuzuna da təsir edəcək.

Infoteka.az