Infoteka.az
Dünya

Kanada Türkiyəyə müdafiə sənayesi sahəsində qoyduğu embarqonu ləğv edib

Kanada Türkiyəyə müdafiə sənayesi sahəsində qoyduğu embarqonu rəsmi olaraq ləğv edib.

Buna səbəb Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya üzlüyü nə dair protokolu ratifikasiya etməsi olub.

Xatırladaq ki, Azərbaycana 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində dəstək verdiyi üçün Kanada hökuməti Türkiyəyə qarşı silah embarqosu tətbiq edirdi.

Bu embarqo qərarına görə, Kanada şirkətləri 250-300 milyon dollar arasında ziyan görüb.

Infoteka.az