Infoteka.az
Dünya

68 yaşlı Şeron Stoun sevgili axtarır

Dünya şöhrətli Hollivud ulduzu, aktrisa  Şeron Stoun sevgili axtarışındadır. Aktrisa böyük həvəslə sevgi münasibətinə başlaya biləcəyini deyib. 

"Kazino" və " Əsas instinct" kimi filmlərdə oynadığı rollar sayəsində 1990-cı illərin seks simvoluna çevrilən Stoun, dəfələrlə onlayn tanışlığı sınadığını və nəticə əldə etmədiyini deyib. O, cinayətkar və narkotik aludəçisi ilə tanış olmasından bəhs edib.

Aktrisa ciddi münasibət axtradığını vurulayıb: “Mən sadəcə Tinder-ə girib kiminləsə virtal seks yaşamaq istəmirəm. Ciddi, isti münasibətlərə ehtiyac duyuram”.

"Covid-19" pandemiyası zamanı iki kişi ilə internet vasitəsilə tanış olduğunu deyib. 

2019-cu ildə aktrisa digər istifadəçilərin onun profilinin həqiqiliyinə inanmadıqları üçün şikayət etdiklərini, buna görə, “Bumble” tanışlıq saytındakı səhifəsinin bağlandığını deyib. 

1984-cü ildə Stoun prodüser Maykl Qrinberqlə evlənib, lakin cütlük üç ildən sonra ayrılıb. O, 1998-2004-cü illərdə jurnalist Fil Bronşteynlə ikinci dəfə evlənib.

Infoteka.az