Amerikalı tibbi texnologiya istehsalçısı Virtual Incision uzaqdan əməliyyatlar üçün nəzərdə tutulmuş MIRA robot cihazını Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərəcək.
Bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəsmi saytında məlumat verilib.
Cihaz “Northrop Grumman” şirkətinin kosmik gəmisi ilə orbitə çıxarılacaq. Start yanvarın 30-a planlaşdırılıb.