İtaliyanın "Napoli" klubu futbolçusu Xviça Kvaratsxeliya ilə yeni müqavilə imzalaya bilər.
İnfoteka.az report-a istinadən xəbər verir ki, Neapol təmsilçisi 21 yaşlı hücumçuya yeni sözləşmə təklif edəcək.
Klub oyunçunun performansına görə maaşının artırılmasına da razıdır.
Qeyd edək ki, gürcüstanlı forvard cari mövsüm 14 matçda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Yayda İtaliya klubuna keçən oyunçunun hazırkı sözləşməsi 2027-ci ildədək nəzərdə tutulub.