Infoteka.az
Hərbi

Budanov: Rusiyanın hücum əməliyyatı tezliklə bitəcək, növbə Ukraynadadır

Rusiyanın 2023-cü ilin noyabrında başlatdığı hücum əməliyyatı tezliklə bitəcək.

Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirib.

Onun sözlərinə görə, Rusiya qüvvələrinin noyabrda başlatdığı hücum əməliyyatı hazırda davam edir: "İki ay yarımdır ki, davam edir. Nəticəni özünüz görə bilərsiniz. Bu nəticələrin onlar üçün uğurlu olduğunu demək doğru olmazdı".

Budanov eyni zamanda, qeyd edib ki, Rusiya qüvvələri Avdeevka kimi bəzi yerlərdə müəyyən irəliləyişlər əldə edə biliblər. Lakin Budanovun fikrincə, "rusların ümid etdiyi bu deyildi".

Budanov qeyd edib ki, Rusiya qüvvələri Xarkov vilayətində Jerebets çayı boyunca maneə xəttinə, Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə mümkün qədər tez çatmaq istəyir, lakin indi bundan tamamilə uzaqdırlar.

“Amma onların hücumu hələ də davam edir. Təxminən yazın əvvəllərində bu tamamilə tükənəcək... O, bitəcək və hesab edirəm ki, bizimkilər başlayacaq", - Budanov vurğulayıb.

Infoteka.az