“Almaniya Azərbaycan yaxın illərdə enerji daşıyıcılarının ixracını artıra biləcəyinə ümid edir”.
İnfoteka.az xəbər verir ki, bunu report-a müsahibəsində Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann deyib.
“Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan və enerji təchizatından silah kimi istifadə etməyə başlayandan Avropa enerji idxalını yenidən istiqamətləndirməli və diversifikasiya etməli oldu. Bu baxımdan Azərbaycan artıq mühüm rol oynamağa başlayıb. 2020-ci ildən Azərbaycan Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə Avropa bazarına qaz ixrac edir. Bu ixracı artırmaq üçün böyük potensial var. Bununla bağlı Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında anlaşma memorandumu imzalanıb”, - o vurğulayıb.
R.Horlemann Azərbaycanın yaxın illərdə enerji daşıyıcılarınını ixracını artıra biləcəyinə ümid etdiyini deyib: “Özü də təkcə neft və qazı yox, həm də bərpa olunan mənbələrdən əldə edilən elektrik enerjisinin həcmini. Bu, təkcə Almaniya baxımından deyil, həm də bütövlükdə Avropa üçün vacibdir, çünki Aİ iqtisadiyyatını karbonsuzlaşdırmağa başlayıb”.