Infoteka.az
Dünya

İstanbul Hava Limanı uçuş sayına görə Avropada lider oldu

İstanbul Hava Limanı 15-21 yanvar tarixlərində gündəlik orta hesabla 1301 uçuşla Avropanın ən işlək hava limanı oldu.

Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatı 15-21 yanvar tarixlərinə dair  Avropa Aviasiya Hesabatını yayımladı.

Hesabata əsasən, İstanbul Hava Limanı gündə orta hesabla 1301 uçuşla Avropanın ən işlək hava limanları arasında birinci olub.

İstanbul Hava Limanından sonra digər işlək hava limanları sırasıyla gündəlik orta hesabla 1164 uçuşla Londonun Hetrov və 1103 uçuşla Amsterdamın Şipol hava limanıdır.

Infoteka.az