Musiqi ilə məşğul olmaq sonrakı yaşlarda beyin sağlamlığını qorumağa kömək edir.
"International Journal of Geriatric Psychiatry" jurnalında dərc olunan araşdırmaya görə, İngiltərənin Exeter Universitetinin alimləri musiqi ilə məşğul olan və musiqi ilə məşğul olmayan insanların beyinlərinin necə yaşlandığını araşdırıblar.
Araşdırmada 40-68 yaş arası 1100-dən çox insan üzərində alət çalmağın, mahnı oxumağın, not oxumağın, musiqi dinləmənin və musiqi istedadının insan beyninə təsiri araşdırılıb.
Tədqiqatçılar həyatlarında musiqi ilə məşğul olmuş və heç vaxt musiqi ilə maraqlanmayan insanların idrak məlumatlarını müqayisə ediblər.
Nəticələr göstərib ki, piano və ya orqan çalan insanlar musiqi ilə məşğul olmaqdan daha çox faydalanırlar, lakin sadəcə musiqi dinləmək idrak sağlamlığına eyni təsir göstərmir.
Araşdırma musiqi ilə məşğul olmağın yaddaşı güclü tutaraq sonrakı yaşlarda beyin sağlamlığını qorumağa kömək etdiyini və mütəmadi olaraq notlar oxuyan insanların daha yaxşı rəqəmsal yaddaşa sahib olduğunu ortaya qoydu.
Tədqiqatın baş müəllifi, professor Enn Korbet BBC-yə bildirib ki, xüsusilə də alətdə ifa etməyin beyinə böyük təsirləri var və “Tədqiqat insanların demans riskinin necə aktiv şəkildə azala biləcəyini və musiqinin bunu azaltmada rol oynadığını göstərir" deyib.
İngiltərədə "Dementia UK" adlı təşkilat da araşdırmanın nəticələrinin demans xəstələrinə müsbət təsir göstərdiyini və bu xəstələrin musiqidən ünsiyyət vasitəsi kimi istifadə etdiyini bildirib.