Infoteka.az
Dünya

Ruslar kütləvi şəkildə Özbəkistana gedirlər

2023-cü ildə Rusiyadan Özbəkistana turist axını 25,8 faiz artıb

2023-cü ildə Rusiyadan Özbəkistana turist axını 25,8 faiz artıb. AYNA xəbər verir ki, turistlərin kütləvi şəkildə axın etməsi faktını “RİA Novosti”yə Özbəkistanın Statistika Komitəsi təsdiqləyib.

2023-cü ildə ölkəyə 714,2 min rusiyalı səfər edibsə, 2022-ci ildə bu rəqəm 567,7 min olub.

Bundan əlavə, Komitədən qeyd edilib ki, 2023-cü ildə Özbəkistana xarici turistlərin ümumi axını 27 faiz artaraq 6,6 milyon nəfər təşkil edib.

Infoteka.az