Infoteka.az
Dünya

Biznesmen onu vaxtında hava limanına çatdıran taksi sürücüsünə avtomobil hədiyyə edib

Rusiyada inşaat biznesmeni taksi sürücüsünə CİP hədiyyə edib.

Biznesmen Moskvada vacib tender layihəsinə qatılmalıymış.

O, Soçiyədək taksi ilə gəlməyi planlaşdırsa da Krım körpüsü yaxınlığında tıxaca düşüb.

Buna baxmayaraq taksi sürücüsü biznesmeni vaxtında aeroporta çatdıraraq vaxtında qeydiyyatdan keçməsinə səbəb olub.

Biznesmen müqaviləni bağlayandan sonra Simferopola geri qayıdıb. Biznesmen taksini şəhərdəki avtosalonlardan birinə sifarişlə çağırıb və sürücüyə maşın hədiyyə edib.

Infoteka.az