Infoteka.az
Dünya

Rusiyanı tərk edən Fransanın avtomobil şirkəti satışlarını artırıb

Fransız avtomobil istehsalçısı olan “Renault” Rusiyadan getdikdən sonra gözlənilmədən satışlarını artırıb.

Şirkətin illik satış həcmi 2023-cü ildə 9% artıb ki, bu da ardıcıl dörd illik enişdən sonra sıçrayış deməkdir.

Fransız avtomobil istehsalçısı qeyd edib ki, 2024-cü ildə də inkişaf göstəricilərini saxlamaq niyyətindədir.

“Renault” tam illik hesabatını fevralın 15-də təqdim edəcək.

Qeyd edək ki, ilk yerli diler holdinqləri olan RTDS və BN-Motors-Fransa şirkəti 2022-ci ildə Rusiya bazarını tərk etdikdən sonra “Renault”-a qarşı arbitraj məhkəmələrinə iddia qaldırıb.

Xatırladaq ki, “Renault” qrupu SVO-nun Ukraynada fəaliyyətə başlamasından sonra 2022-ci ilin aprel-may aylarında Rusiya biznesindən çıxıb. Şirkət AvtoVAZ-dakı payını (demək olar ki, 68%) Sənaye və Ticarət Nazirliyinə tabe olan FSUE NAMI-yə verib.

Beləliklə, şirkət Rusiyanı tərk etməklə ikinci ən böyük bazarını itirib. Belə ki, 2021-ci ildə “Renault” Fransada 521 000, Rusiyada 482 000 (Lada ilə birlikdə), Almaniyada 177 800 avtomobil satıb.

Infoteka.az