Çin avtomobilləri artıq bütün dünyaya meydan oxuyur. Lakin bu avtomobillər barədə neqativ xəbərlər də yayılmaqdadır.
Sən demə, Çin avtomobilləri rus şaxtalarına tab gətirə bilmir.
Qeyd edək ki, hazırda Moskvada və Rusiyanın digər bölgələrində avtomobil sürücüləri üçün əsl sınaq halına gələn anomal aşağı temperatur davam edir. Bu isə Çinin elektrikli avtomobillərinin sahibləri üçün xüsusi problemlər yaradır.
Moskvalı avtomobil həvəskarı Aleksandr Çin avtomobili olan “Omoda C5” avtomobili ilə bağlı təcrübəsini bölüşüb. O, pəncərələrdən birinin şüşəsini bağlayarkən gözlənilməz problemlər yaranıb. Belə ki, şüşələrdən biri bağlanmayıb. Yalnız uzun müddətdən sonra avtomobildə bu nöqsan aradan qaldırılıb.
İnternetdə “Changan CS55 modelindən şikayət edilən bir video da yayımlanıb. Həddindən artıq aşağı temperaturda plastiklə bağlı problemlər qabardılıb. Görüntülərdə şaxta səbəbindən qaz pedalının sınması göstərilir.
Elektrikli avtomobillərin sahibləri şaxta səbəbindən zəif şarj və az məsafə qətetmə ilə üzləşirlər. Bəzi sürücülər bildirirlər ki, elektrik avtomobillərinin soyuq havalarda bir üstünlüyü var ki, işə başladıqdan dərhal sonra kabinədə istilik yaranır. “Nissan Leaf” sahibi Artem Timofeyev isə deyir ki, elektrik avtomobilləri aşağı temperaturda problemsiz işə başlayır, baxmayaraq ki, bəzən 12 voltluq akkumulyatorla bağlı problemlər yaranır və onu doldurmaq lazım gəlir.
Güclü şaxtalar taksi sürücülərinin və taksi şirkətlərinin işinə də təsirsiz ötüşmür. Ümumiyyətlə, Çin modelləri aşağı temperaturda daha zəif olurlar.