Yaponiyanın Saitama Universitetinin molekulyar bioloqları müdafiə və ünsiyyət üçün istifadə etdikləri uçucu üzvi birləşmələrin bitkilər tərəfindən buraxılmasını sənədləşdirmək üçün flüoresan mikroskopdan istifadə ediblər.
Təcrübə üçün Arabidopsis thaliana növünün nümayəndələrindən istifadə edilib. Alimlər siqnalların görünməsi üçün onları bir az “rəngləndiriblər”. Belə ki, bitkilər bir-birinə yaxın yerləşdiriləndən sonra bəziləri qəsdən zədələnib, məsələn, yarpaqlarına təhlükəli tırtıllar qoyulub.
Nəticədə zədələnmiş bitkilər aktiv şəkildə uçucu maddələr buraxdıqları zaman “qonşuları” onlara reaksiya verdilər, yəni bir növ "söhbət" baş verdi.
Təcrübəni təsvir edən “ScienceAlert” saytında deyilir: "Sağlam bitkilər yaralı qonşularının mesajlarını aydın şəkildə qəbul etdilər. Onlar kalsium siqnallarının partlaması ilə cavab verdilər".