Rusiyada insanlığa sığmayan dəhşətli hadisə baş verib. Belə ki, iki yeniyetmə sadəcə maraq xatirinə küçədə qadını yandırıb. Faciə Sverdlovsk vilayətində qeydə alınıb.
Məlumata görə, 16 yaşlı Dmitri və 12 yaşlı Sergey (adlar şərtidir – red.) yolla gedən 59 yaşlı təqaüdçü qadınla “zarafat etmək” qərarına gəliblər. Onlar içərisində yanar maye olan butulkanı qadının üstünə töküblər, daha sonra isə Dmitri kibriti çəkərək onu yandırıb.
Qadın alovlara bürünəndə yeniyetmələr etdikləri dəhşəti başa düşüblər. Dərhal ona kömək etməyə çalışıblar. Belə ki, yaxınlıqdakı evlərin qapısını döyüb, ev sahiblərindən odu söndürmək üçün su istəyiblər. Ancaq kömək gələndə artıq gec olub, pensiyaçı hadisə yerindəcə ölüb.
Dindirildikdən sonra yeniyetmələr hər şeyi etiraf ediblər.
Hadisə ilə bağlı istintaq başlanılıb.
Mənbə: “BAZA” “Telegram” kanalı