Kiyev Qərb tərəfdaşlarını məlumatlandırıb ki, Ukrayna Silahlı Qüvvələri artilleriya mərmilərinin kritik çatışmazlığı ilə üzləşib.
Bu barədə Bloomberg agentliyi ölkənin müdafiə naziri Rustem Umerovun müraciətini yayıb.
Jurnalistlərin sözlərinə görə, müttəfiqlərə göndərilən məktubdan belə çıxır ki, Ukrayna Silahlı Qüvvələri döyüş əməliyyatlarında gündə iki mindən çox mərmi istifadə etmir. Nazir xatırladıb ki, söhbət 1,5 min kilometrlik cəbhə xəttindən gedir. Umerov silah qıtlığının getdikcə pisləşdiyinə diqqət çəkib. O, Qərb dövlətlərini Ukrayna Silahlı Qüvvələrini bir milyon mərmi ilə təmin etmək üçün daha çox səy göstərməyə çağırıb.
Nazir xəbərdarlıq edib ki, döyüşlərdə daha çox sursatı olan tərəf qalib gəlir.