Infoteka.az
Dünya

Rusiyada Volkswagen zavodunda istehsal yenidən başlayacaq

Rusiyanın Kaluqa şəhərində keçmiş Volkswagen zavodunda istehsal yenidən bərpa ediləcək.

Bu barədə Art-Finance şirkəti məlumat yayıb.

Məlumatda deyilir ki, şirkət xarici sənaye tərəfdaşı tapıb və müəssisəni 2024-cü ilin birinci rübündə işə salmaq niyyətindədir.

Rusiyanın Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov bildirib ki, 2023-cü ilin may ayında alman avtomobil istehsalçısı Volkswagen Rusiyadakı aktivlərini Art-Finance-ə 125 milyon avroya satıb. Kaluqadakı Qrabtsevo sənaye parkında yerləşən avtomobil zavodu ildə 225 min avtomobil istehsal gücünə malikdir və 2022-ci ilin yazına qədər bu zavodda Volkswagen Polo, Volkswagen Tiguan və Skoda Rapid avtomobilləri istehsal olunub.

Qeyd edək ki, 2023-cü il dekabrın 19-da Rusiya Federasiyasında xarici investisiyalara nəzarət üzrə hökumət komissiyasının alt komitəsi Sankt-Peterburqdakı Hyunday Motor Manufacturing Rus zavodunun Art-Finance MMC-yə satılmasını təsdiqləyib.

Infoteka.az