2023-cü ildə Azərbaycanda ümumi satış qiyməti 3,6 milyon manat olan 538 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bildirib.
Onun sözlərinə görə, 253 nəqliyyat vasitəsinin satışı rəqabətli keçmişdir ki, bununla da dövlət büdcəsinə əlavə olaraq 784,2 min manat vəsaitin daxil olması təmin edilib.