Infoteka.az
Sağlamlıq

Nüvə müharibəsində bəşəriyyəti xilas edəcək yeni qida kəşf edilib

Alimlər nüvə müharibəsinin dünyada məhsuldarlığı zəiflədəcəyini və qlobal ərzaq istehsalının 90 faiz azaldacağı proqnozlaşdırıb. Belə bir zamanda dəniz yosunu təsərrüfatlarının yaradıla biləcəyi irəli sürülüb.

Nüvə müharibəsində dəniz yosunu təsərrüfatı 1,2 milyard insanın həyatını xilas edə bilər.

Elm adamları, ağlabatan büdcə ilə hər il quruda 33 ton qurudulmuş dəniz yosunu yetişdirilə biləcəyini iddia edib.

Ətraf mühit üzrə alim Ulrich Jehn, daha məhsuldar sahələrdən istifadə edilsə, təxminən Kolumbiya ölçüsündə - 416 min kvadrat kilometr okean sahəsinə ehtiyac olacağını deyib.

Nüvə silahı ilə çirkləndirilmiş mühitdə qış şəraitində yetişdirilə bilən yosunlar alternativ qida mənbəyinə çevrilər.
Alimlər iddia edirlər ki, asteroidin böyük zərbəsindən tutmuş vulkan püskürməsinə, regional məhsul çatışmazlığına və ya yerli quraqlığa qədər hər şey oxşar dəniz yosunu əkinçilik proqramı ilə kompensasiya edilə bilər.

Lakin tədqiqatçılar insanların hər öyündə duzlu, yaş dəniz bitkiləri yediyi gələcəyi təsəvvür etməkdə çətinlik çəkirlər.

Dəniz yosunlarının tərkibində olan yodun insanlar üçün də zəhərli ola biləcəyi də iddia olunur.

Dəniz yosunu təsərrüfatları hazırda insanlar tərəfindən istehlak edilən qidanın yalnız 15 faizini qarşılayacaq və daha çox heyvan yemi və bioyanacaq istehsalında istifadə olunacaq. Hesab edilir ki, nüvə müharibəsi olacağı təqdirdə bioyanacaq istehsalının 50 faizi və heyvandarlıq yeminin 10 faizi yosun fermalarının hesabına təmin edilə bilər.

Infoteka.az