Pentaqon rəhbəri Lloyd Ostin bildirib ki, ABŞ-nin İordaniyadakı bazasına hücumundan sonra İraq və Suriyadakı hədəflərə zərbələr endirməsi cavab tədbirlərinin yalnız başlanğıcıdır.
ABŞ müdafiə naziri onu da bildirib ki, prezident Co Bayden artıq əlavə tədbirlər görməyə göstəriş verib.
"Bu, bizim seçdiyimiz vaxt və yerdə baş verəcək" - Ostin vurğulayıb.