Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ölkə prezidenti Vladimir Zelenskiyə hərbi əməliyyatların gedişi, xüsusən də Avdeyevka yaxınlığındakı çətin vəziyyət barədə məruzə edib.
Bu barədə Ukrayna lideri görüşün yekunlarına dair özünün Telegram kanalında yazıb.
“Cəbhədəki vəziyyət müzakirə olundu. Bütün əsas istiqamətlər. Avdeyevka xüsusilə çətindir. Ali Baş Komandan Zalujnı və cəbhə komandirləri hesabat verdilər”, - Zelenski yazıb.
Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Aleksandr Sırski döyüş meydanındakı vəziyyətlə bağlı məruzə edib.