Infoteka.az
İdman

Prosineçkinin yeni iş yeri bilindi

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri müəyyənləşib.

O, Monteneqro yığmasını çalışdıracaq. Bu barədə Monteneqro Futbol Federasiyasının saytı məlumat yayıb. 

55 yaşlı mütəxəssislə sabah 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, hazırda "Qarabağ"da çıxış edən Marko Veşoviç və Marko Yankoviç də Monteneqro millisinin üzvləridir. 

Xatırladaq ki, R.Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.

Infoteka.az