Infoteka.az
Dünya

Amerikalı jurnalist Moskvaya gəldi: Putindən müsahibə alacaq?

ABŞ-ın məşhur jurnalisti Taker Karlson Moskvada görüntülənib.

Bu barədə onun həmkarı Cekson Hinkle X sosial şəbəkəsində paylaşım edib.

İnternetdə yayılan fotoşəkillərdə “Fox News”un keçmiş aparıcısı Bolşoy Teatrda Spartak baletinə baxıb.

Hinkle onun gəlişi ilə bağlı belə yazıb:

“Putindən müsahibə alsa, yaxşı olar”.

Bir müddət əvvəl Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ-da aparılan rusofob təbliğatı səbəbindən bu gün Vladimir Putinin Qərbə müsahibəsi mümkün deyil. Belə ki, o, televiziya jurnalisti Taker Karlsonla mümkün müsahibə ilə bağlı sualı cavablandırıb.

Infoteka.az