Infoteka.az
Hərbi

İran, Rusiya və Çin birgə hərbi dəniz təlimi keçirməyə hazırlaşır

İran, Rusiya və Çin birgə hərbi dəniz təlimi keçirməyə hazırlaşır.

Bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani deyib.

O, təliminin cari İran ilinin sonuna qədər (mart ayına qədər -red.) keçiriləcəyini qeyd edərək, digər ölkələrin də təlimə qatılmağa dəvət olunduğunu açıqlayıb.
"İran donanmasının hazırkı vəziyyətdə ən mühüm strategiyası İslam quruluşu və İran millətinin mənafeyini və iqtisadi resurslarını qorumaqdır.
İran Ordusunun Hərbi Dəniz Qüvvələri İran İslam Respublikasının gəmiçiliyini qoruyur və təhlükəsizliyi təmin etmək üçün dəstəyə ehtiyacı olan ölkələrə kömək edir", o deyib.

Infoteka.az