Infoteka.az
Siyasət

Kobaxidze Gürcüstanın yeni baş naziri oldu

Gürcüstan prezidenti Salome Zurabişvili İrakli Kobaxidzenin baş nazir təyin edilməsi haqqında fərman imzalayıb.

Bu barədə Gürcüstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, artıq Gürcüstan parlamentinin deputatları baş nazir İrakli Kobaxidzenin rəhbərlik etdiyi hökumətin tərkibinə, eləcə də hökumət proqramına etimad ifadə edən qətnaməni səs çoxluğu ilə dəstəkləyiblər.

Infoteka.az