Infoteka.az
Sosial

Sabunçu, Suraxanı və Qaradağda yeni sosial xidmət müəssisələri açılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən bu il Bakının Sabunçu, Suraxanı və Qaradağ rayonlarında yeni sosial xidmət müəssisələrinin açılması nəzərdə tutulur.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu müəssisələrdə həssas əhali qruplarından olan, xüsusi qayğıya ehtiyac duyan şəxslərə sosial-tibbi, sosial-hüquqi, sosial-psixoloji və digər xidmətlər göstəriləcək:

"Məqsəd sosial xidmət infrastrukturunun genişləndirilməsi, həssas qrupların sosial xidmətlərə əlçatanlığının artırılmasıdır".

"Sosial Xidmətlər Agentliyi tərəfindən bu kateqoriyadan olan şəxslərin ailə mühitində yaşamasının təmin edilməsi məqsədilə müəssisələrdə müvafiq sosial-reabilitasiya və re-inteqrasiya işləri də davam etdirilir", - deyə məlumatda qeyd edilib.

Infoteka.az