Infoteka.az
Hadisə

Türkiyədə seçkiqabağı tədbirdə atışma olub, yaralanan var

İstanbulda bir nəfərin yaralanması ilə nəticələnən atışma olub.

Bu barədə Türkiyənin daxili işlər naziri Əli Erlikaya X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

Onun sözlərinə görə, hücum saat 16:30 radələrində baş verib.

Nazirin sözlərinə görə, Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərlik etdiyi Respublika Alyansının namizədi Əziz Yenianın seçki kampaniyası çərçivəsində keçirilən tədbirdə irikalibrli silahdan atəş açılıb. Hadisə nəticəsində 22 yaşlı Türkiyə vətəndaşı yaralanıb.

Yerlikaya "Hücumla bağlı geniş miqyaslı istintaq başladıldı" yazıb.

Yaralı qadın xəstəxanaya yerləşdirilib.

Infoteka.az