Ötən gün Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu istiqamətindəki mövqelərinə qarşı təxribat törədənlər Ermənistanın “Yerkrapa” terror təşkilatının üzvləri olublar.
Məlumatı Ermənistan mətbuatı yayıb.
Xatırladaq ki, hələ bir müddət əvvəl Azərbaycan-Ermənistan şərti sərhədində Ermənistan tərəfindən terrorçuların yerləşdirməsinə dair müxtəlif xəbərlər dərc edilirdi.
Məlumat üçün əlavə edək ki, Ermənistanda fəaliyyət göstərən “Yerkrapa” (ermənicə - “Yurdun qoruyucuları”) Birinci Qarabağ müharibəsinin iştirakçıları tərəfindən yaradılmış Ermənistan qeyri-hökumət təşkilatıdır. Vazgen Sarkisyanın təşəbbüsü ilə yaradılmış təşkilatın tərkibi altı min erməni vətəndaşından ibarətdir. “Yerkrapa”nın üzvləri Birinci Qarabağ müharibəsində fəal iştirak ediblər. Təşkilatın fəaliyyəti Azərbaycanda terror təşkilatı kimi qiymətləndirilir.