Infoteka.az
Siyasət

Ukrayna bu il də NATO-ya dəvət almayacaq

“Ukrayna 2024-cü ilin ikinci yarısına qədər NATO-ya dəvət almayacaq”.

Bunu ABŞ-ın NATO-dakı nümayəndəsi Culian Smit bildirib.

“Bu yay keçiriləcək NATO sammitinə gəlincə, mən Alyansın hazırkı mərhələdə Ukraynaya dəvət göndərəcəyini gözləmirəm”, - deyə nümayəndə deyib.

Qeyd edək ki, alyansın növbəti sammitinin bu ilin iyulunda Vaşinqtonda keçirilməsi planlaşdırılır.

Infoteka.az