Zəngilandakı erməni təxribatına cavab lokal xarakterli idi
Bu barədə XİN-in Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin Ermənistanın xarici işlər naziriArarat Mirzoyanla birgə mətbuat konfransında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları ilə bağlı şərhində bildirilib.
Bildirilib ki, Azərbaycan tərəfindən təxribata cavab olaraq atılmış addımlar tam adekvat və lokal xarakterli idi. Bu tədbirlər həmçinin Ermənistan tərəfindən hərbi eskalasiyanın genişlənməsi cəhdlərinin qarşısını alıb.