“Sevilya” futbol üzrə İspaniya çempionatının X turu çərçivəsində öz meydanında “Valensiya” ilə heç-heçə edib – 1:1.
İnfoteka.az xəbər verir ki, “əndəlüslülər” (“Sevilya”) görüşün 6-cı dəqiqəsində "yarasalar"ın hücumçusu Edinson Kavaninin qoluna 86-cı dəqiqədə Erik Lamelanın vurduğu qolla cavab veriblər.
Matçın sonunda meydan sahiblərinin müdafiəçisi Kike Salas birbaşa qırmızı vərəqə alıb.
Beləliklə, "Sevilya" 10 xal toplayıb və La Liqanı 10-cu pillədə başa vurub. "Valensiya"nın 15 xalı var, turnir cədvəlində 8-ci yerdədir.